Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti Serbiyada keçiriləcək Qara Dəniz Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assembleyasının (QDİƏT PA) növbəti toplantısında iştirak edəcək. Toplantıda təşkilat çərçivəsində üzv ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin daha da genişləndirilməsi və inkişafı üzrə məsələlərin müzakirəsi nəzərdə tutulur. Nümayəndə heyətinin tərkibində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov da iştirak edir.
Səfər barəsində geniş məlumat veriləcəkdir.