Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi Milli Məclisin sədri Sahibə Qafarova ilə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və sədr müavini, millət vəkili Ağalar Vəliyev mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gediblər.

Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyətinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.