Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Özbəkistanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanova və Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev Özbəkistan tərəfinin dəvəti ilə avqust ayının 2-si və 3-ü qardaş ölkənin paytaxtı Daşkənd şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.

Özbəkistan Respublikasının Müstəqilliyinin 32-ci ildönümünə, Özbəkistan  Elmlər Akademiyasının 80 illiyinə və görkəmli alim, dövlət xadimi, akademik və Özbəkistanın ilk Ombudsmanı Sayyora Rəşidovanı 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa yerli və bir sıra xarici ölkələrdən olan nüfuzlu ictimai-siyasi xadimlər və alimlər qatılacaqlar.

Səfər çərçivəsində Elmira Süleymanovanın konfransda iştirak edən nümayəndə heyətləri ilə yanaşı, ölkəmizin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində və Ağsaqqallar Təşkilatında bir sıra görüşləri nəzərdə tutulub.

Səfər barəsində daha geniş məlumat veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.