Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun məzarını ziyarət ediblər

Fevral ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının keçmiş sədri, mərhum millət vəkili Fəttah Heydərovun 85 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi – Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və təşkilatın digər məsul əməkdaşları Fəxri Xiyabana gələrək Fəttah Heydərovun məzarını ziyarət ediblər, üzərinə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.