Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparatının əməkdaşları şəhidlərimizin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər

2025-ci il sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və təşkilatın digər əməkdaşları, eləcə də ümumilikdə 100-dən artıq QHT təmsilçisi iştirak edib.
27 sentyabr – Anım günü ilə bağlı keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.