Xəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, professor Eldar Quliyev, sədrin birinci müavini, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov və deputat Anar Məmmədov Ankarada Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak ediblər.
Səfər çərçivəsində Eldar Quliyev, Əhliman Əmiraslanov və Anar Məmmədov Ümummilli Liderin anım günü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidəsi önünə əklil və gül dəstələri qoyulub.
Anım ziyarətində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyəti səfiri Rəşad Məmmədov, diplomatlar, elm xadimləri də iştirak edib.






