Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Anım Günündə Zəfər parkını ziyarət ediblər

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, eləcə də Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, Nərimanov Rayon Rayon Ağsaqqallar Şurasının sədr müavini Yamil Məmmədov və başqaları Bakı şəhərində Zəfər parkının ərazisində ucaldılmış 8 Noyabr – Zəfər abidəsini ziyarət ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları Vətənimiz bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.