Azərbaycan Ağsaqqallar Şurasının üzvləri anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, o cümlədən rayon təşkilatlarının sədr və müvainləri, eləcə də üzvləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabr ayının 11-də Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.










