1992-ci il dekabr ayının 4-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının yaradılması məqsədilə keçirilmiş iclasın qərarı ilə elan olunmuş təşəbbüs qrupu və təşkilatın konfransının keçirilməsinə hazırlıq komissiyasının üzvlərinin təsdiq olunmasının 30 illiyi ilə əlaqədar Bərdə Rayon Ağsaqqallar Şurası YAP rayon təşkilatı ilə birlikdə tədbir keçirib.
Tədbirdə digər natiqlərlə yanşı, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri, YAP rayon təşkilatının təsisçilərindən olan Yaşar Zamanov və YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış ediblər.
Yaşar Zamanov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli tərəqqi yolundan, həmçinin Bərdə rayonunda YAP-ın yaradılması və fəaliyyəti tarixindən, dövlətimizin inkişafından bəhs edib. Qeyd edib ki, təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldan Yeni Azərbaycan Partiyasının, o cümlədən Bərdə rayon təşkilatının sıralarında çoxlu ağsaqqallar var və onlar rayonun ictimai həyatında yaxından iştirak edirlər. O, həmçinin YAP Bərdə rayon təşkilatının yaradılmasında böyük fəailiyyətləri olan Azay Abdiyevin və Şahin Məmmədovun əhəmiyyətli rolunu xüsusi qeyd edib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya yekun nitqi söyləyərək vurğulayıb ki, yarandığı vaxtdan siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutan və qısa zamanda ümumxalq rəğbətini qazanan partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır.
Sonra tədbir iştirakçıları mərhum Azay Abdiyevin və həmin məzarlıqda dəfn edilmiş şəhidlərin qəbirlərini ziyarət ediblər.