Xəbərlər

Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş növbəti “Kitab Günü” bayramı təşkil edilib

Bu gün Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən növbəti dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Heydər Əliyev adına mərkəzi parkda VI “Kitab Günü” bayramı qeyd edilib.

Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ulu Öndər Heydər Əliyevin və xalqımızın azadlığı, dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən, kitaba verdiyi yüksək dəyərdən bəhs ediblər. Həmçinin bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar.

Musiqi təranələri altında keçirilən tədbirdə, həmçinin, Ümummilli Liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kitab haqqında, kitab oxumağın faydaları barədə fikirlər səsləndirilmiş, vətənpərvərlik xarakterləri mahnılar ifa edilmişdir.

Rayon sakinlərinin, o cümlədən ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən Ulu Öndər Heydər Əliyevdən bəhs edən 3600 nüsxəyə yaxın nəşr nümayiş olunub və tədbir iştirakçılarına hədiyyə edilib.

VI “Kitab Günü” bayramı rayon ictimaiyyətinin marağına səbəb olub və böyük razılıqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.