Təbriklər

BALAƏLİ ƏLİYEV – 65

May ayının 17-də Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini, vətənpərvər ziyalı, dəyərli ağsaqqal Balaəli Əliyevin 65 yaşı tamam olur.

Müdrik və ləyaqətli insana xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Balaəli Əliyev səmərəli fəaliyyəti, ədalətli mövqeyi, prinsipiallığı, eləcə də dinimizə bağlılığı və xeyirxah əməlləri ilə onu tanıyan hər bir kəsin hörmətini qazanan, etimadını doğruldan alicənab bir şəxsiyyətdir. Qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulan, hər zaman yaxşılığın keşiyində dayanan nəcib, yüksək mənəviyyata malik bir ziyalı kimi onun şərəfli həyat yolu və fədakar ictimai fəaliyyəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliğinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuşdur. Nümunəvi bir vətəndaş olaraq cəmiyyətimizdə nüfuzu, ziyalı mövqeyi və mənəvi dəyərlərə sadiqliyi gənclərimiz üçün bir örnəkdir.

Bir sıra məsul vəzifələrdə uğurla çalışaraq Azərbaycan xalqının və dövlətinin tərəqqisinə dəyərli töhfələr verən Balaəli Əliyevin hazırda Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini kimi göstərdiyi fəaliyyət, rayonun ictimai həyatında aktiv iştirakı və gənclərlə apardığı maarifləndirmə işləri yüksək təqdirəlayiqdir. Səmərəli fəaliyyəti ilə cəmiyyətimizə verdiyi dəyərli töhfələrə görə Balaəli müəllimin ən böyük mükafatı xalq arasında qazandığı yüksək nüfuz və onu tanıyan hər bir ağsaqqalın, gəncin bu alicənab insana olan dərin hörmətidir.

Faydalı, mənalı və şərəfli ömür sürən dəyərli ziyalı, yüksək əqidəli xeyirxah şəxsiyyət, nəcib ağsaqqal Balaəli Əliyevi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

 

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili,                                                     professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.