Azərbaycan Ağsaqqallar Şurasına və ölkə ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, məhşur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib.
1939-cu ildə Sabirabad rayonunda anadan olan Fatma Hüseynova 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olan Fatma Hüseynova səmərəli fəaliyyəti və nümunəvi həyat tərzi ilə hər zaman gənclərimizə nümunə olub.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, xalqımıza, Hüseynovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Nəcib insan və dəyərli şəxsiyyət Fatma Hüseynovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev