Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir.

2025-ci il noyabr ayının 13-də Qax Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal İsmayılov Tahir Əkbər oğlu 72 yaşında vəfat etmişdir.

Uzun illər bir sıra məsul vəzifələrdə çalışan, eləcə də Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi fəaliyyət göstərən Tahir İsmayılov istər dövlət idarəçiliyində, istərsə də ictimai həyatda özünəxas peşəkarlığı, vətənpərvərliyi və prinsipial mövqeyi ilə seçilmişdir. O, hər zaman vəzifəsinin öhdəsindən ləyaqətlə gəlmiş, dövlətə və dövlətçiliyə sadiqliyi ilə nümunə göstərmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti qətiyyətlə dəstəkləmişdir.

Qax Rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi müddətdə Tahir İsmayılov müdrik bir ağsaqqal, xalqına bağlı bir ziyalı kimi rayonun ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etmiş, böyüklərimizin sözünün qüdrətini və nüfuzunu daim qorumuş, gənclərimizə milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində öz töhfələrini vermişdir. Onun əməyinin və insanlığının izi bu gün də Qax rayonunun ictimai-mədəni həyatında hiss olunur.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, İsmayılovlar ailəsinə və mərhumun bütün yaxınlarına başsağlığı verir, Uca Allahdan səbr diləyirik. Müdrik ağsaqqal, alicənab insan Tahir İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.