Təbriklər

BİLAL MƏMMƏDOV – 80

Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabiq polkovnik-leytenantı Bilal Əhməd oğlu Məmmədovun 80 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik məktubu ünvanlayıblar:

  

     Hörmətli Bilal müəllim!

Sizi – yüksək amallara xidmət edən vətənpərvər ziyalını, şərəfli ömür yolu keçən müdrik ağsaqqalı 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir,  Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə yeni-yeni uğurlar arzulayırıq!

Siz qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulmuş, əməlləri insanların daha firavan, əmin-amanlıq içində yaşaması uğrunda mübarizəyə köklənmiş vətənpərvər şəxsiyyət, nüfuzlu ağsaqqalsınız. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabiq polkovnik-leytenantı və bir sıra yüksək vəzifələrdə çalışmış ictimai-siyasi xadim kimi respublikamızın çətin günlərində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərmisiniz.

Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi bu gün də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakınızla doğma Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərir, gənc nəslin milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayırsınız.

Hörmətli Bilal müəllim!

Biz əminik ki, Siz bundan sonra da yorulmaz fəaliyyətinizlə ulu öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini  qətiyyətlə dəstəkləyəcək, dinamik inkişaf edən ölkəmizin xoşbəxt gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

 

 

Dərin hörmət və səmimiyyətlə,                             

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili, professor                                       Eldar Quliyev   

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.