Xəbərlər

Eldar Quliyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti QDİƏT PA-nın toplantısında iştirak edir

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti Serbiyanın paytaxtı Belqrad şəhərində QDİƏT PA-nın növbəti toplantısında iştirak edir.

Dekabrın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Büro və Daimi komitə iclasları baş tutub, dekabrın 7-də və 8-də isə Baş Assambleya iclasları keçirilib.
İclaslarda qurumun maliyyə, təşkilati və digər məsələlərinə baxılıb, komitələrin məruzələri dinlənilib, “Geniş Qara dəniz regionunda iqtisadi inkişafın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
QDİƏT PM sədrinin müavini Eldar Quliyev Baş Assambleyanın plenar iclasının dekabrın 8-də keçirilən yığıncağına moderatorluq edib, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev isə Daimi komitənin iclası zamanı rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Həmçinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında Musa Quliyev məruzə üzrə tövsiyə qərarını iclas iştirakçılarının diqqətinə çatdırıb, deputat Ramin Məmmədov isə komitənin məruzəsini iclasda təqdim edib. Toplantıda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov da iştirak edir.
Deputatların səfəri dekabrın 9-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.