11 dekabr 2025-ci ildə YAP Gəncə şəhər təşkilatının binasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının və YAP Gəncə şəhər təşkilatının birlikdə keçirdiyi tədbirdə ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və şəhər ictimayyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə YAP Gəncə şəhər təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov tədbir iştirakçılarını təşkilatın sədri Bayram Aslanovun adından salamlayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün öz təsdiqi tapmışdır. Sonra natiq Azərbaycanın uğurlu xarici və daxili siyasətindən, beynəlxaq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsindən, II Qarabağ müharibəsində xalqın müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən geniş söhbət açıb.
Tədbirdə məruzə ilə çıxış edən Gəncə Şəhər Ağsaqqalar Şurasının sədri, professor Nürəddin Məmmədov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədi, millət vəkili, professor Eldaq Quliyevin adından salamlayıb. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev azərbaycançılığın zirvəsi və millətin qəlbində yaşayan ulu öndərdir. Bu gün dahi şəxsiyyət yalnız bir dövlət başçısı kimi deyil, bir müllətin xilskarı, bir dövlətin memarı, bir ideologiyanın yaradıcısı kimi yad olunur. Natiq, həmçinin, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən ətraflı bəhs edib.
Sonra Ulu Öndər Heydər Əliyev “Azərbaycançılığın əbədi zirvəsidir” mövzusunda çıxış edən ADAU-nun içtimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevda Abdullayeva Azərbaycan dilinin 1978-ci ildə qəbul edilmiş Konstitusiyanın 13 maddəsinə əsasən dövlət dili olması, 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbul olunması ilə Azərbaycanın hüquqi dövlət strukturunun yaranması, hüquqi proseslərin təmin olunması və ölüm hökmünün ləğv olunması, o cümlədən Ombudsman təsisatının yaranması haqda geniş məlumat verib. Ümummilli Lider Heydər Əliyevin siyasi Olimpin Kreml zirvəsini fəth etmiş lider olduğunu vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Zabit Xəlilov, şəhid anası Brliyant Əsgərova, Gəncə şəhər 6 saylı məktəbin direktoru Vəfa Abbasova, Şəhər Ağsaqqallar Şurasının mətbuat katibi Şaiq Ələsgərov, QAİ-nin İdarə Heyətinin üzvü Bayram Apoyev, AMEA-nın Gəncə bölməsinin sədr müavini Əlimuxtar Muxtarov və başqaları Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən ətraflı bəhs ediblər. Ümummilli Liderin təhsilə, mədəniyyətə, incəsənətə, cəmiyyətin hər bir sahəsinin inkişafına verdiyi töhfələrdən danışaraq vurğulayıblar ki, bu gün dahi rəhbərin işıqlı yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.






