Xəbərlər

Kəlbəcər Rayon Ağsaqqallar Şurası Zəfər Gününə həsr olunmuş tədbir keçirib

Kəlbəcər Rayon Ağsaqqallar Şurası Rayon İcra Hakimiyyəti ilə birgə “8 Noyabr – tarixi Zəfər milli qürür günümüzdür” mövzusunda tədbir keçirib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  polkovnik-  leytenant Anar Əliyevin atası, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü  Vaqif Əliyev, həmçinin rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, bugünkü tədbir 8 Noyabr – Zəfər günü ilə bağlı rayonda keçirlilən silsilə tədbirlərdən biridir. Vurğulayıb ki, Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xətlə inkişaf edir. Rayon rəhbəri eyni zamanda Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız şanlı Qələbədən və uğurlu antiterror əməliyatından ətraflı bəhs edib.
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov öz çıxışında böyük fəxr hissi ilə qeyd edib ki, bu gün Ümummilli Liderin  şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident cənab  İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı  böyük Zəfərlə tarix yazdı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir. Natiq eyni zamanda vurğulayıb ki, tarixi Zəfərimizin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun gənc nəsilə çatdırılmasında, ictimai rəyin formalaşdırılmasında rayon ağsaqqallarının üzərinə böyük məsuliyyət düşür. Ağsaqqallar bu məsuliyyəti dərk edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Daha sonra çıxış edən natiqlər – Vətən Müharibəsi Qəhrəmanı, şəhid  polkovnik-leytenant Anar Əliyevin atası, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü  Vaqif Əliyev, Kəlbəcər Rayon Həmkarlar İttifaqının sədri, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının üzvü Əli Bağırov və Vətən Müharibəsi qazisi Elvin Hüseynov  bildirib ki, bu gün hər bir azərbaycanlı bu möhtəşəm Qələbənin  sevincini yaşayır. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham  Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bildirir ki, bu torpaqlara əsl sahibləri gəliblər. Biz xalqımıza Qələbə sevincini bəxş edən şəhidlərimizlə, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı cənab İlham Əliyevlə, onun rəşadətli Ordusu və qazilərimizlə qürur duyuruq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.