Noyabr ayının 1-də Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini, vətənpərvər ziyalı, dəyərli ağsaqqal Məşkur Mirzəyevin 70 yaşı tamam olur.
Məşkur Mirzəyev mənalı ömür yolu, səmərəli fəaliyyəti, uzun illər ərzində ictimai-mədəni, hüquqi və istehsalat sahəsində göstərdiyi dəyərli xidmətləri, xalqımıza, dövlətimizə olan sədaqəti ilə böyük hörmətə və ehtirama layiqdir. Bir sıra məsul vəzifələrdə uğurla çalışaraq ölkəmizin inkişafına dəyərli töhfələr verən Məşkur Mirzəyev fəaliyyəti boyunca daim Ümumilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasi kursuna sadiq qalmışdır. Bu gün də o, Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini, vətənpərvər ziyalı, nüfuzlu ictimai xadim və müdrik ağsaqqal kimi həyatını xalqımızın mənəvi dəyərlərinin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, ağsaqqal sözünün, ağsaqqal nizamının yaşadılmasına həsr edir. Xalq arasında nüfuz və etimad qazanmış ziyalı kimi öz müdrik məsləhətləri, təmkinli və prinsipial mövqeyi, səmimiyyəti və ictimai fəallığı ilə ətrafındakı insanlara örnək olur. Suraxanı Rayon Ağsaqqallar Şurasının fəaliyyətində xüsusi xidmətləri, təşəbbüskarlığı və vətənpərvər mövqeyi ilə Şuranın nüfuzunun daha da artmasına mühüm töhfələr verir.
Fədakar, mənalı və şərəfli ömür sürən dəyərli ziyalı, yüksək əqidəli xeyirxah şəxsiyyət, müdrik ağsaqqal Məşkur Mirzəyevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində, Vətənimizə, xalqımıza xidmət yolunda davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV