Təbriklər

MEHMAN İSMAYILOV – 65

Bu gün Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan polis mayoru, vətənpərvər ziyalı, nəcib insan Mehman İsmayılovun 65 yaşı tamam olur.
Mehman İsmayılov Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərərək ölkəmizdə, o cümlədən Qəbələ rayonunda ictimai-siyasi sabitliyin qorunmasında, əhalinin əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasında, dövlətçiliyimizin müdafiəsində xüsusi xidmətlər göstərmişdir. Qəbələ Rayon Polis şöbəsində İctimai Təhlükəsizlik bölməsinin rəisi kimi  bir sıra məsul vəzifələrdə çalışan Mehman müəllim rayonda hüquq sahəsinin inkişafına mühüm töhfələr vermiş, cinayətkarlığın qarşısının alınması, qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fəaliyyətini daim yüksək səviyyədə həyata keçirmişdir.  Fəaliyyəti boyunca daim Ümumilli Lider Heydər Əliyevin  və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasi kursuna, Azərbaycan polisinin ali prinsiplərinə sadiq qalan, dəyişməz ədalətli mövqeyi, yüksək peşəkarlığı, bacarıqlı təşkilatçılığı sayəsində hər zaman rəhbərliyin və əhalinin rəğbətini qazanan Mehman İsmayılovun qüsursuz xidməti “Polis veteranı” medalı və digər təltiflərlə dəyərləndirilmişdir.
Mehman İsmayılov Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli ağsaqqal kimi bu gün də ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirakı ilə doğma Vətənimizin inkişafı üçün yorulmadan səylər göstərir, rayonda ağsaqqalların fəaliyyətinə böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynayır. Əminik ki, o bundan sonra da öz səmərəli fəaliyyəti ilə ölkəmizin xoşbəxt gələcəyi naminə var qüvvəsini, bilik və bacarığını əsirgəməyəcəkdir.
Xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, müdrik ağsaqqal, gözəl insan Mehman İsmayılovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor
Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.