Xəbərlər

Mingəçevir Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Avqust ayının 8-də Mingəçevir Şəhər Ağsaqqallar Şurasının  hesabat konfransı keçirilib.
YAP şəhər təşkilatının iclas zalında keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın mətbuat katibi Rafiq Rzayev, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, eləcə də şəhər ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Undər Heydər Əliyevin abidəsinin ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, şəhərin ictimai-siyasi və mədəni həyatında, gənc nəslin təlim və tərbiyəsində, onlarda vətənpərvərlik hissinin artırılmasında ağsaqqallarımızın böyük əməyi vardır. Öz çıxışında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində ağır sınaqlardan keçmiş ölkəmizin uğurlarından bəhs edən natiq Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman ağsaqqallara, ziyalılara göstərdiyi hörmət və ehtiramı xüsusi vurğulayıb. Ölkəmizin hər bir sahəsində həyata keçirilən mədəni-kütləvi tədbirlərdə, siyasi kampaniyalarda və bir sıra əhəmiyyətli layihələrdə ağsaqallarımızın daim ön sırada olmalarından bəhs edən şəhər rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov hesabat məruzəsi ilə çıxış edərək gənclərlə keçirilən maarifləndirici görüşlərdən, bir çox əhəmiyyətli tədbirlərdə iştiraklarından, şəhərdə həyata keçirilən abadlıq, quruculuq işləri və digər layihələrin reallaşmasına göstərdikləri dəstəkdən bəhs edib. Həmçinin şəhid ailələrinin üzvləri və qazilərlə keçirilən görüşlərdən söz açan natiq, əsasən, gənc nəslə Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi və təbliğ edilməsi işinin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində İcra Hakimiyyəti, YAP şəhər təşkilatı, Qərbi Azərbaycan İcması və digər qurumlarla sıx əməkdaşlıq şəraitində birgə tədbirlər keçirən Şəhər Ağsaqqallar Şurası bundan sonra da öz fəaliyyətini səmərəli şəkildə davam etdirməyə çalışacaqdır.
Konfransda Şəhər Ağsaqqallar Şurasının üzvləri –  Rizvan Mikayıllı, şəhid anası İranə Həsənova, Fərman Nəbiyev, Adil İsmayılov və Qurban Vahidov çıxış edərk fikir və təkliflərini bildiriblər. Cəmiyyətimizdəki problemlərin, eləcə boşanmaların və  erkən nikahların fəsadlarının qarşısının alınmasında ağsaqqal nüfuzunun böyül rol oynadığını qeyd ediblər. Həmçinin natiqlər tərəfindən hüzr mərasimlərinin sadələşdirilməsi, dəbdəbəli ehsan süfrələrinin qadağan edilməsi, israfçılığın qarşısının alınması, gənclərlə daha mütəmadi və geniş görüşlərin keçirilməsi kimi təkliflər səsləndirilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, Mingəçevir şəhərində ağsaqqallarla və ziyalılarla görüşməyindən məmnun olduğunu qeyd edib. Bu gün sıralarında 35 mindən çox üzvü birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının geniş və səmərəli fəaliyyətindən, eləcə də ağsaqqallıq institutunun tarixindən söz açan natiq ağsaqqal sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ağsaqqalların Azərbaycanda və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Süni intellekt əsrində yaşadığımızı nəzərə alaraq müasir dövrlə ayaqlaşmalı olduğumuzu qeyd edən Bayram Yusifov bildirib ki, bununla yanaşı hər birimiz, əsasən də bütün müsbət keyfiyyətləri özündə birləşdirən ağsaqqallarımız milli-mənəvi dəyərlərimizi yaşatmalı və gələcək nəslə ötürməlidirlər. Gənclərimizi yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, onların dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində yaxından iştirak etməlidirlər. Sonra  natiq tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin tarixi “XXI əsr türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirlərini  xatırladaraq vurğulayıb ki, həqiqətən də bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qızıl əsrini yaşayır. Hazırda ABŞ-də səfərdə olan dövlət başçımız ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diplomatiya sahəsində uğurla davam etdirir. Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti cənab Donald Trampla və digər şəxslərlə keçirdiyi görüşlərdə növbəti nailiyyətlərə imza atacaq. Bu uğurlar fonunda biz də öz əməli fəaliyyətimizlə ölkə başçısına, dövlətimizə dəstək olmalı, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Mingəçevir Şəhər Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab Bayram Yusifov öz təklif və tövsiyələrini də bildirib. Vurğulayıb ki, ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. Onların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. Natiq ağsaqqalları daha fəal olmağa çağıraraq tədbirlərin sayının, effektinin yüksəldilməsini zəruri hesab edib və bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.