Xəbərlər, Təbriklər

RÖVŞƏN SALAHOV – 75

İyun ayının 25-də Xəzər Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal, gözəl insan Rövşən Salahovun 75 yaşı tamam olur.

Şərəf və vicdanla yaşadığı ömrünün kamillik zirvəsində olan Rövşən müəllim sadəliyi və səmimiliyi ilə daim insanların hörmətini, sevgisini qazanıb. Respublikamızın sosial-iqtisadi və ictimai həyatında yaxından iştirak edən Rövşən Salahov  fəaliyyəti boyu hər zaman milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətinin yanında olub. Qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulan, həmişə yaxşılığın keşiyində dayanan, ləyaqətli, yüksək mənəviyyata malik Rövşən Salahov bəşəri və milli-mənəvi dəyərlərimizə, dinimizə çox bağlı bir şəxs olaraq xeyriyyəçiliyi, savab əməlləri ilə hər zaman seçilib. Rövşən müəllimin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları və digər mükafatlarla təltif olunub.

Xəzər Rayon Ağsaqqallar Şurasının sədri olaraq Rövşən Salahov bu gün də dəyərli şəxsiyyət, müdrik ağsaqqal kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Şərəfli və məhsuldar ömür yoluna, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Rövşən Salahovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz gənclik enerjisi və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

 

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                                                                               Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.