Xəbərlər

Rayon və şəhər Ağsaqqallar Şuralarının üzvləri 27 sentyabr – Anım günü münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişlər

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi qeyd olunan 27 sentyabr tarixində keçirilmiş tədbirlərdə yaxından iştirak etmişlər.

Respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları icra hakimiyyətləri və digər qurumlarla birlikdə xalqımızın qüruru və fəxri olan şəhidlərimizə anım tədbirləri keçirmiş, geniş tərkibdə (idarə heyətinin üzvləri, ərazi təşkilat sədrləri, nüfuzlu seyidlər, din xadimləri və hörmətli el ağsaqqalları) şəhidlər xiyabanını, şəhid məzarlarını onların  xatirəsini əbədiləşdirmək üçün qoyulmuş abidələri, salınmış parkları ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ruhuna dualar oxumuşlar.

Anım günləri tədbirlərində ağsaqqallar əhali qarşısında şəhidlərimizin qəhrəmanlığından ətraflı danışmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamışlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından, bu istiqamətdə indiyədək həyata keçirilən tədbirlərdən, görülən işlərdən və gələcəkdə nəzərdə tutulan planlardan bəhs etmişlər.

 

 

 

 

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.