Noyabr ayının 15-də Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynovun 70 yaşı tamam olur.
Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Sədafər müəllim təvazökar və yüksək mənəviyyata malik nəcib insan, dəyərli ağsaqqaldır. Onun şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənclər üçün bir örnək sayıla bilər. Sədafər Hüseynov fəaliyyəti boyu hər zaman milli və dövlət maraqlarını üstün tutaraq, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmişdir. O, Saatlı Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycan dövlətçiliyinin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bu gün də dəyərli töhfələr verir.
Sədafər müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV