Xəbərlər

Tovuz rayonunun ağsaqqalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilmiş tədbirdə iştirak ediblər

30 aprel 2025-ci il tarixində Tovuz Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Konstitusiya ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Konstitusiyamız yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir.

Sonra Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov çıxış edərək Konstitusiyanın hazırlanmasında və qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin gərgin liderlik əməyinin danılmaz olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ulu Öndər Azərbaycan dövlətinin qurucusu olduğu kmi, azərbaycançılıq ideologiyasına söykənən milli Konstitusiyanın müəllifliyini də haqq etmişdir. Məzahir Bayramov Azərbaycan Resıublikasının Prezidenti cənab İlham Əliyevin “Bu gün qarşıda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun əsas prinsip və müddəalarının dərindən öyrənilməsi və hər bir vətəndaşın yaşayış normasına çevrilməsidir” sözlərini xüsusi olaraq vurğulamışdır.

Daha sonra tədbirdə rayon prokurorunun müavini İlkin Musayevin, YAP rayon təşkilatının sədr müavini İlqar Kərimovun, rayon mərkəzi xəstəxanası PHŞ-nin ditektor müavini Kəmalə Abbasovanın və Tovuz Sosial İqtisad Kollecinin hüquq müəllimi Elnur Quliyevin mövzu ətrafında çıxışları dinlənilmişdir.

Tədbirdən sonra İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun təşəbbüsü llə Ağsaqqallar Şurası İdarə Heyətinin üzvləri ilə görüş keçirilmiş, müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılmışdır. İcra başçısı ağsaqqallar tərəfindən qaldırılan məsələlərin həlli üçün müvafiq göstərişıər vermişdir. Görüşdə həmçnin faydalı əməkdaşlığın aspektləri nəzərdə keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.