Tovuz Rayon Ağsaqqalar Şurasının İdarə Heyətinin üzvləri YAP-ın yerli təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə keçirilən tədibirdə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbirdə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranmasından keçən bütün bu illər partiyamız və xalqımız üçün şərəf və ləyaqət illəridir. Bu dövr Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi, dünya birliyində söz sahiblərindən birinə çevrilməsi, bütün sahələrdə böyük uğurlara imza atması dövrüdür. Bu uğurların əldə olunmasında Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı və bizlərə əmanət etdiyi Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var. Partiyanın rayon təşkilatının yaranmasının ildönümünü qeyd edərkən biz, ilk növbədə, Ümummilli Liderimizi sonsuz bir məhəbbətlə yad edirik.. Bu gün Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən və bir zamanlar ümid partiyası kimi qəbul olunan Yeni Azərbaycan Partiyası artıq inam partiyasına çevrilib. YAP öz lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan quruculuğu işində, ölkədə islahatların yeni mərhələsinin həyata keçirilməsində əzmkarlıqla fəaliyyət göstərir. Bizim hər birimizin borcu bu mübarizədə yaxından iştirak etmək, qarşıdakı böyük məqsədlərə çatmaq yolunda fədakarlıq göstərməkdir.
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov tədbirdə çıxış edərək təşkilatın yaranmasının 32-ci ildönümündə iştirakçıları səmimi-qəlbdən təbrik edib. Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təşkilatın milli birliyin, sabitliyin və inkişafın əsas dayağına çevrildiyini vurğulayıb. Nihad Pənahov partiyanın yaradılmasının ağır şəraitdə, xalqın tələbi və dövlətçiliyin qorunması missiyası ilə gerçəkləşdiyini, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını qeyd edib. O, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının əsasının 1993-cü ilin əvvəlində qoyulduğunu, hazırda isə təşkilatda səkkiz mindən çox üzvün fəaliyyət göstərdiyini bildirib. Sədr, həmçinin, təşkilatın ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutduğunu, seçki kompaniyalarında yüksək təşkilatçılıq nümayiş etdirdiyini və partiyanın siyasi nüfuzunun daha da artdığını qeyd edib. Nihad Pənahov vurğulayıb ki, partiya həm 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımızda, həm də postmüharibə dövründə ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsində aparıcı rol oynayıb. O, rayon təşkilatının Ulu Öndərin ideyalarına bundan sonra da sədaqətlə xidmət edəcəyini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna tam dəstək verəcəyini bildirib.
Tədbirdə çıxış edən Tovuz Rayon Ağsaqqalar Şurasının İdarə Heyətinin üzvü Mücaməddin Axundov, partiya fəalları Eyvaz Süleymanov və Yaqub Qasımov təşkilatın 32 illik fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin ideyalarının əhəmiyyəti və mıhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək barədə fikirlərini bölüşüblər. Onlar, həmçinin, gənclərə göstərilən diqqət və qayğının, regionda partiyanın nüfuzunun artmasının əhəmiyyətini vurğulayıblar. Ötən dövrdə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini, Vətən müharibəsində qazanılan böyük Zəfərin partiyanın və dövlətin gücünü bir daha təsdiqlədiyini qeyd ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına, o cümlədən Tovuz Rayon Ağsaqqalar Şurasının İdarə Heyətinin üzvü Zakir Hüseynova və Şura üzvü Abbas Abbasova Fəxri fərmanlar təqdim olunub.
Tovuz rayonunun ağsaqqalları YAP-ın yerli təşkilatının təsis edilməsinin 32-ci ildönümü tədbirində iştirak ediblər
- 26-07-2025
- [09:17]
- [ ]

26
İyl