Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi yad edilib

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Silahlı Qüvvələrimizin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Hümbətov Azad Arif oğlunun ad günü ilə əlaqədar bu gün Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq Azad kimi igid oğullarımızın böyük şücaətlə, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiklərini, xalqımızın 30 illik həsrətinə son qoyduqlarını bildirib. Vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq və tarix yazan qəhrəman şəhidlərimiz hər zaman bizim and yerimizə, ziyarət məkanımıza çevriləcəklər.
Xatırladaq ki, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov Nərimanov Rayon Ağsaqqallar Şurasının sədridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.