Xəbərlər

Xaçmaz və Quba rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları iyun ayının 3-də Xaçmaz və Quba rayonlarında təşkil olunub.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı başçısı İlqar Mahmudov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, ağsaqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan danışıblar. Qeyd ediblər ki, şəhər və rayonlarımızda aktiv fəaliyyətləri ilə seçilən ağsaqqallarımıza gənc nəslin dövlətə və xalqa sədaqət, o cümlədən vətənpərvərlik ruhunda və sağlam təməlllər üzərində yetişdirilməsi işində həmişə böyük ehtiyac duyulub. Rayon rəhbərləri konfransın işinə uğurlar arzulayıblar.
Sonra Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov və Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq tədbirlərdə iştirak və çıxışlar edirlər, şəhid ailələri və qazilərlə görüşlər keçirir, gənclərin maarifləndirilməsi işinə xüsusi diqqət ayırırlar. Ötən il – “Heydər Əliyev İli”ndə keçirilən tədbirlərdən söz açan sədrlər, həmçinin, ağsaqqalların 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində də yaxından iştirak etdiklərini və qalib xalqın qalib Lideri cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov və Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bundan sonra da rayonların ictimai-mədəni həyatında fəallıq nümayiş etdirərək Vətənimizin inkişafı naminə öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb. Göstərilən diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığnı bildirərək, hər iki rayonun onun üçün əziz və doğma olduğunu qeyd edib. Vurğulayıb ki, artıq Azərbaycanın bütün rayon və şəhər Ağsaqqallar Şuralarında hesabat konfransları keçirilir, görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunur. Bu bir daha onu göstərir ki, millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurası öz aktiv fəaliyyətini uğurla davam etdirir. Tahir Süleymanov Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasət, uğurlu sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, dünyaya daha geniş şəkildə inteqrasiya olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasından, nüfuzlu dövlət və ictimai-siyasi xadimlərin ölkəmizə olan işgüzar səfərlərindən, bir sıra beynəlxalq tədbirlərin, o cümlədən COP29 kimi möhtəşəm bir tədbirin respublikamızda keçirilməsindən də ətraflı bəhs edib.
Hər iki rayonun hesabatını qənaətbəxş qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Xüsusilə son dövrlərdə boşanmaların sayının artdığını təəssüf hissi ilə qeyd edərək, buna qarşı ağsaqqalların daha təsirli şəkildə mübarizə aparmalarını, gənclərimizi mütəmadi olaraq maarifləndirmələrini zəruri hesab edib. Çıxışının sonunda o, hər iki rayonun ağsaqqallarına gələcək fəaliyyətlərində davamlı uğurlar və möhkəm cansağlığı diləyib.
Çıxış edən digər natiqlər də Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirən, onun siyasi kursunun varisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim yüksək qiymətləndirdiklərini vurğulayıblar, xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə bundan sonra da dəstək olacaqlarını bildiriblər. Konfranslarda rayon ağsaqqallarının təklif və istəkləri də dinlənilib.
Xaçmaz Rayon Ağsaqqallar Şurasının hesabat konfransında rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqallar Fəxri fərmanlarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.