Aparat

Əliyev Kamal Rəcəbəli oğlu

Azərbaycan Ağsaqqallar Şurasının Baş məsləhətçi-hüquqşünası

Əliyev Kamal Rəcəbəli oğlu

Əliyev Kamal Rəcəbəli oğlu 3 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri Xətai rayonu 269 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinə daxil olmuş və 2008-ci ildə bu təhsil müəssisəsini qırmızı diplomla bitirmişdir. Kamal Əliyev 2008-2012-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alaraq, hüquqşünas ixtisasına yiyələnmişdir. Bu illər ərzində o, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsində də qiyabi təhsil almışdır.

Kamal Əliyev əmək fəaliyyətinə 2008-ci ildə İngiltərənin “Zygon Caspian Consulting” şirkətində məsləhətçi asistenti kimi başlamışdır və 2009-cu ilə qədər burada çalışmışdır. 2009-2017-ci illərdə Bank Respublika ASC-nin Hüquq Departamentində hüquqşünas vəzifəsini daşımışdır. 2017-2019-cu illərdə isə Bank BTB ASC-də  aparıcı hüquqşünas kimi fəaliyyət göstərmişdir. Kamal Əliyev 2020-2023-cü illərdə Azərbaycan Ağsaqqallar Şurasında Böyük məsləhətçi-hüquqşünas vəzifəsində çalışmış, hal-hazırda isə həmin təşkilatda fəaliyyətini Baş məsləhətçi-hüquqşünas kimi davam etdirir.

Azərbaycan Respublikası Mediasiya Şurasının Maliyyə Mübahisələri Komitəsinin üzvü və mediasiya ilə tənzimlənən məsələlər üzrə ixtisaslaşmış peşəkar mediatordur. Mediasiya Şurası İdarə Heyətinin 11 aprel 2023-cü il tarixli qərarı ilə təşkilatın fəaliyyətindəki səmərəli roluna görə Şura tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

O, həmçinin 2013-cü ildən “Absheron Consulting” şirkətinin təsisçisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Fiziki şəxslərin problemli kreditlərin həllinə dair” Fərmanın icrası istiqamətində göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.