Təbriklər, Xəbərlər

ƏSABİL QASIMOV – 69

Noyabr ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı, xeyirxah iş adamı Əsabil Qasımovun 69 yaşı tamam olur.
Fədakar əməyi, yüksək insani keyfiyyətləri, işgüzarlığı və prinsipiallığı ilə seçilən Əsabil Qasımovun həyat və fəaliyyəti Azərbaycan xalqına və dövlətinə xidmət nümunələri ilə zəngindir. O, daim yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, xeyirxah və uğurlu iş adamı, alicənab şəxsiyyət kimi dəyərli fəaliyyəti, xeyriyyəçiliyi və xoşməramlı əməlləri ilə insanların hörmət və rəğbətini qazanmışdır. 79 saylı İmişli seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Əsabil Qasımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, eləcə də parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakı ilə Milli Məclisin fəaliyyətinə dəyərli töhfələr vermişdir. Hər zaman Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirak etməklə xalqımıza və dövlətimizə əhəmiyyətli xidmətlər göstərmişdir.
Hazırda yüksək enerji və əzmkarlıqla çalışan, dövlətə və dövlətçiliyə öz sədaqəti ilə fərqlənən Əsabil Qasımov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulmasına öz töhfəsini verir. Xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində, gənclərimizə sağlam həyat tərzinin aşılanmasında, onların maarifləndirilməsində və vətənpərvər, mübariz vətəndaşlar kimi yetişməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Vətənimizin inkişafı üçün əlindən gələni əsirgəməyən, nəcib və xeyirxah əməlləri ilə ucalan dəyərli şəxsiyyət, alicənab ictimai-siyasi xadim, vətənpərvər iş adamı Əsabil Qasımovu Azərbaycanın çiçəklənməsi naminə sərf etdiyi həyatının çox əlamətdar bir tarixə – Zəfər Gününə təsadüf edən 69-cu ildönümü münasibətilə ürəkdən təbrik edir, ona uzun və sağlam ömür, xoşbəxtlik, əmin-amanlıq və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                 Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.