Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriki

Əziz həmvətənlər!

Sizi dövlətçilik tariximizin şanlı səhifələrindən biri olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin əbədi müstəqilliyi, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz bütün işlərdə hər birinizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq!
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dünya dövlətləri arasında nüfuzunun yüksəldilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün regionun lider dövləti kimi iqtisadiyyatını və müdafiə qüdrətini artıraraq 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmış, torpaqlarını erməni işğalından tamamilə azad etmiş, müstəqilliyini daha da möhkəmləndirmişdir.
Hazırda bu əlamətdar günü biz müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında igid əsgər və zabitlərimizin qəhrəmanlıqları sayəsində Vətənimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib və qürurlu xalq kimi qeyd edirik. Bir daha həmvətənlərimizi Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırırıq!

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                       Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.