Xəbərlər

Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak ediblər


Bərdə rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin abidəsi önündə qeyd edilib.

Tədbirdə öncə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, respublikanın Əməkdar müəllimi, rayon İctimai Nəzarət Şurasının sədri Rzaqulu Şərifov, ağsaqqallar, gənclər, partiya üzvləri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin digər nümayəndələri Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Ulu Öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ulu Öndər Heydər Əliyevin abidəsi önündə çıxış edən Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və onların timsalında təşkilatın bütün üzvlərini təbrik etmiş, Partiyanın tarixi zərurətdən yarandığını xüsusi vurğulayaraq keçdiyi şərəfli tarixi yolun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş bütün Azərbaycan xalqının nail olduğu böyük Qələbələrin, Zəfərlərin bünövrəsində, özülündə Ulu Öndər Heydər Əliyevin sarsılmaz ideyaları dayanır. Ümummilli Liderimizin yaratdığı Yeni Azərbaycan Partiyasının sarsılmaz və ümumxalq Partiyası olmasının da səbəbi məhz xalqa xidmət edən, xalqın parlaq gələcəyinin etibarlı təminatçısı olan bu ideyalardır. Xalqımızın Ulu öndər ideyalarına söykənməsi, arxalanması dövlətimizi bütün dünyada əbədi günəş kimi parlayacaq işıqlı gələcəyə aparır.
Tədbirdə çıxış edən, YAP rayon təşkilatının ilk üzvlərindən olan Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov bildirib ki, qazandığımız bütün nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan qalib və inkişaf etmiş bir ölkəyə çevrilib. Azərbaycanın inkişafında YAP-ın özünəməxsus rolu olduğunu qeyd edən natiq vurğulayıb ki, bu partiyanın uğurlarının əsas səbəbi xalqımızın partiyanın Sədrinə olan böyük sevgisi və inamıdır. Yaşar Zamanov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası ilə YAP arasında mövcud olan qarşılıqlı konstruktiv əməkdaşlıq münasibətlərindən də söz açıb.
Çıxış edən digər natiqlər də Yeni Azərbaycan Partiyasının yaradıldığı o dövrü xarakterizə edərək Ulu öndər Heydər Əliyevin xalqı çətin durumdan, xaosdan qurtaran, dövləti məhv olmaq təhlükəsindən xilas edən titanik fəaliyyətindən danışmışlar. Bildirmişlər ki, bu gün böyuk Qələbələrə imza atan Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan böyük fəxarət və qürur hissi kecirirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş şəhid ailələrinə, gənclərə və sahibkarlara üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbir ağacəkmə kompaniyası ilə davam etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.