Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına ağır itki üz vermişdir. 2024-cü il yanvar ayının 5-də Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Abdullayev Seyfəddin Seyfulla oğlu ömrünün 78-ci ilində vəfat etmişdir.
Gənclik illərindən sadə zəhmətdən başlayan məhsuldar əmək fəaliyyəti,  işgüzarlığı və bacarığı sayəsində daim ucalaraq məsul vəzifələrdə çalışmaqla dövlətimizin və xalqımızın tərəqqisinə mühüm töhfələr verən Seyfəddin Abdullayev təkcə doğma Ağsu rayonunda deyil, ətraf rayonlarda da böyük hörmət və nüfuz sahibi olmuşdur. Millətinə, elinə-obasına sadiq olan, savab əməlləri ilə insanların sevgisini qazanan xeyirxah bir şəxs kimi hər zaman milli-mənəvi dəyərlərimizə, dinimizə bağlılığı ilə seçilmişdir.
Ağsu Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli ziyalı və müdrik bir ağsaqqal kimi ölkəmizin tərəqqisi naminə yorulmadan səylər göstərmiş, Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda vətənpərvər və mübariz gənclərin yetişməsində, onların maariflənməsində böyük rol oynamışdır. Onun səmərəli fəaliyyəti bir sıra mükafat və Fəxri fərmanlarla dəyərləndirilmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Abdullayevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, vətənpərvər ziyalı Seyfəddin Abdullayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                          Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.