Xəbərlər

Nərimanov rayonunda ağsaqqallarla gənclərin növbəti görüşü keçirilib

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası Arif Hümbətovun təşəbbüsü ilə rayonda ağsaqqallarla gənclərin növbəti görüşü keçirilib. Nərimanov Rayon Ağsaqqallar Şurasının inzibati binasında keçirilən görüşdə Arif Hümbətovla yanaşı, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Vüsal Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, YAP Nərimanov Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov,YAP Nərimanov Rayon Təşkilatının məsləhətçisi Aynur Mehdiyeva, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova, Avrasiya Universitetinin tələbə-gənclər təşkilatının sədri Fidan Əzizova, Azərbaycan Kooperasiya Universitetinin tələbə-gənclər təşkilatının sədri Oqtay Süleymanzadə, o cümlədən Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri, nüfuzlu ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov qonaqları salamlayaraq onları və bütün Azərbaycan xalqını prezident seçkilərində cənab İlham Əliyevin – qalib xalqın qalib Liderinin  möhtəşəm dəstək sayəsində 92 faizdən çox səs toplayaraq böyük üstünlüklə qələbə qa­zanması münasibətilə təbrik edib. Vurğulayıb ki, müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq bütün suveren Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən növbədənkənar prezident seçkiləri xalqımızın ən böyük arzularından biri idi.Azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilən və Azərbaycan xalqının iradəsini əks etdirən prezident seçkiləri vətəndaşlarımızın Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə olan möhtəşəm etimadını və inamını bir daha sübut etdi. Öz çıxışında Arif Hümbətov, həmçinin, bildirib ki, bu seçkilərdə, xüsusilə də təbliğat-təşviqat mərhələsində Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü, o cümlədən Nərimanov rayon təşkilatının üzvləri və rayon gəncləri çox fəal iştirak ediblər.Seçkilərdə yüksək əzmkarlıq nümayiş etdirən müdrik ağsaqqallarımız və  gənclərimiz yekdilliklə Azərbaycanın güclü və alternativsiz Lideri cənab İlham Əliyevə səs veriblər.

Görüşdə çıxış edən digər natiqlər də xalqımızın yüksək fəallıqla iştirak etdiyi prezident seçkilərindən və cənab İlham Əliyevin parlaq qələbəsindən ətraflı bəhs ediblər. Vurğulayıblar ki, bu Zəfər seçkisi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız, habelə dəyərli ağsaqqallarımız və vətənpərvər gənclərimiz bundan sonra da qalib Liderimiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yeni hədəflərə, möhtəşəm uğur və nailiyyətlərə doğru inamla irəliləyəcəkdir.

GörüşdəNərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətovun şəxsi təşəbbüsü ilə nəşr olunan “Zaman XXI” jurnalının “Zəfər Günü”nə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ad gününə, “Gənclər günü”nə həsr edilmiş xüsusi buraxılışları tədbir iştirakçılarına təqdim olunub. Həmçinin prezident seçkilərində fəal iştirak edən bir qrup gənc Nərimanov Rayon Ağsaqqallar Şurasının “Təşəkkürnamə”ləri ilə təltif edilib. Nərimanov rayonunun gəncləri tərəfindən səmərəli fəaliyyətinə görə “İlin Adamı” adına layiq görülən Arif Hümbətova xatirə hədiyyəsi təqdim olunub.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.