Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının təbriki

Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova və onun şəxsində Nazirlər Kabinetinin yenidən təyin olunan bütün üzvlərinə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

Hörmətli Baş nazir cənab Əli Əsədov!
Sizi və sizin şəxsinizdə başçılıq etdiyiniz Nazirlər Kabinetinin bütün üzvlərini yenidən məsul vəzifələrə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə Azərbaycan Respublikasının Baş naziri kimi ölkəmizin iqtisadi yüksəlişi, doğma xalqımızın sosial rifahının yaxşılaşdırılması və işıqlı gələcəyi naminə dəyərli fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!
İşğal altındakı topaqlarımızın tam azad olunduğu və suverenliyimizin bütün ərazilərimizdə bərpa edildiyi şəraitdə keçirilən növbədənkənar prezident seçkilərində xalqımızın möhtəşəm dəstəyi ilə dövlət başçısı seçilən cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Baş naziri kimi Sizə göstərdiyi etimad vətəndaşlarımız tərəfindən böyük məmnuniyyətlə qarşılandı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Baş nazir kimi fəaliyyət göstərdiyiniz dövrdə hər zaman milli mənafeyimizi qətiyyətlə müdafiə edərək həyata keçirdiyiniz islahatlar, ölkəmizdə gündən-günə genişlənən quruculuq və abadlıq işləri, əhalinin güzarınını yaxşılaşdırmaq üçün gördüyünüz təsirli tədbirlər Sizə xalq arasında böyük nüfuz qazandırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sizə və başçılıq etdiyiniz Nazirlər Kabinetinin üzvlərinə yenidən göstərilən bu yüksək etimad həyata keçirdiyiniz işlərə verilən layiqli qiymətdir. Bütün bunlar bir daha sübut edir ki, bundan sonra da Azərbaycan Respublikasının Nazirlər Kabineti Sizin başçılığınız altında öz səmərəli fəaliyyətini uğurla davam etdirəcək, ölkəmiz inamlı inkişaf yolu ilə gedəcəkdir.
Hörmətli Əli müəllim!
Bir daha Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və Nazirlər Kabinetinin hər bir üzvünə Azərbaycanın tərəqqisi, daha qüdrətli dövlətə çevrilməsi və ali məqsədlərinizin reallaşdırılması yolunda gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                          Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.