Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında böyük canlanma var

Bu fikri iyun ayının 3-də Azərbaycan Ağsaqqallar Şurasının Xaçmaz və Quba rayon təşkilatlarının hesabat konfranslarında Şuranın sədr müavini Tahir Süleymanov səsləndirib.Konfranslarda Tahir Süleymanovla yanaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük mələhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər, o cümlədən rayon əhalisinin digər nümayəndələri iştirak ediblər.Hər iki rayonda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasovun və Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədovun hesabat məruzələri dinlənilib. Natiqlər iştirak etdikləri toplantılardan, şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən, gənclərlə apardıqları maarifləndirmə tədbirlərindən və gördükləri digər işlərdən danışaraq, gələcək fəaliyyət planları barədə də konfrans iştirakçılarına məlumat veriblər. Sonra çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və konfrans iştirakçılarını salamlayaraq, respublikamızın hər bir bölgəsində olduğu kimi Xaçmaz və Qubada da ağsaqqal sözünün əhali üçün böyük əhəmiyyət daşımasından, dövlət başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıdan, həmçinin Vətən müharibəsindəki şanlı Qələbəmizin tarixi əhəmiyyətindən bəhs Ψediblər.Tahir Süleymanov tədbir iştirakçılarını, həmçinin ona doğma olan Xaçmaz və Quba rayonlarının əhalisini Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq, səmimi və maraqlı nitqində qeyd edib ki, bütün şəhər və rayonlarımızda, yaşadığımız evlərdə, hər bir ailədə ağsaqqallarımıza dərin hörmət və ehtiram vardır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək həqiqətən də “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov öz çıxışında erməni işğalçılarıını dəmir yumruqla diz çökməyə və kapitulyasiya sənədinə qol çəkməyə məcbur edən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən diplomatık və siyasi-hərbi strategiyasından da söz açıb. Möhtəşəm Qələbənin qazanılması, torpaqlarımızın terrorçu, vandal erməni qəsbkarlarından azad olunması zamanı qəhrəmancasına həlak olan şəhidlərimiz də olduğunu təəssüf hissi ilə qeyd edib. Vurğulayıb ki, bizə əziz olan bütün şəhid ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar, biz ağsaqqallar da onlardan diqqət və qayğımızı əsirgəmirik.
Natiq, həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz zəhməti ilə görülən işlər sayəsində ölkəmiz gündən-günə inkişaf edərək böyük uğurlara imza atır. Bu inkişaf digər sahələrdə olduğu kimi Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində də əks olunur. Koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı son dövrlərdə Şurada böyük canlanmanın olduğunu vurğulayan Tahir Süleymanov təşkilatın sədri millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə həyata keçirilən bir sıra mühüm işlərdən və xarici səfərlərdən bəhs edib. Vurğulanıb ki, Şuranın nümayəndə heyəti Türkiyəyə və Türkmənistana səfər edərək Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, qardaş ölkənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər nüfuzlu şəxslərlə çox faydalı görüşlər keçirib. Həmçinin Eldar Quliyev Qurbanqulu Berdiməhəmmədovun ağsaqqallıq fəaliyyətini yüksək dəyərləndirərək və onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib.
Konfranslarda çıxış edən rayon ağsaqqalları və digər natiqlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.