Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

Əziz xanımlar!
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi – başda Azərbaycanın qəhrəman övladlarını, əbədiyaşar şəhidlərimizi, igid qazilərimizi yetişdirən analarımız, bacılarımız olmaqla hər birinizi ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, tükənməz xoşbəxtlik və davamlı uğurlar arzulayırıq!
Ülviliyi, zərifliyi və gözəlliyi özündə təcəssüm etdirən Azərbaycan qadını sədaqəti, vəfası, zəkası və yüksək analıq keyfiyyətləri ilə daim xalqımızın adını uca tutmuşdur. Vətənimiz Azərbaycanın ən tarixi məqamlarında müdrik qadınlarımız əsl ziyalı və vətəndaşlıq mövqeyi nümayiş etdirərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz dəyərli töhfələrini vermişlər. İctimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olmaqla yanaşı, saflığın və nəcibliyin rəmzi olan Azərbaycan qadınının böyüklüyünü layiqincə qoruyub saxlamışlar. Öz dərin zəkaları və tükənməz enerjiləri ilə bu gün də xalqımıza fədakarcasına xidmət edən qadınlarımız gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, Vətənimiz üçün cəsur, qəhrəman övladlar böyüdür, dinamik inkişaf edən ölkəmizin daha xoşbəxt gələcəyi naminə bilik və bacarıqlarını əsirgəmirlər.
Hörmətli xanımlar!
Bir daha Sizi bu gözəl bayram münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə ailə səadəti, sevinc dolu günlər, Azərbaycanın tərəqqisi üçün gördüyünüz hər bir işdə yüksək nailiyyətlər diləyirik!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                              Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.