Xəbərlər

Azərbaycan Respublikasında yeni təhsil ilinin başlanması ilə əlaqədar Nərimanov Rayon Ağsaqqallar Şurasının rayon təhsil işçiləri ilə nümunəvi görüşü baş tutub

Görüşdə Nərimanov Rayon Ağsaqqallar Şurası ilə Nərimanov rayon təhsil şöbəsi və onun nəzdində olan orta ixtisas məktəbləri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti-proqramı haqqında müzakirələr aparılıb.
Nərimanov rayon ərazisində yerləşən orta məktəblərdə yeni tədris ilinin başlanması, tədrisin müasir səviyyədə qurulması və gələcək perspektivlər barədə mövzular təhlil olunub, gənclərin təlim-tərbiyəsində məktəblə yanaşı, valideynlərin və Rayon Ağsaqqallar Şurasının birgə fəaliyyətinin qurulması yolları haqqında danışılıb.
Tədbiri giriş sözü ilə Nərimanov rayon Ağsaqqallar Şurasının Sədri Arif Hümbətov açıb.
Bundan başqa, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Nərimanov RİH-in Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon Ağsaqqallar Şurasının müavini Kamil Babayev iştirak edib.
258 saylı məktəbin direktoru Afaq xanım, 207 saylı məktəbin direktoru Sədaqət Vəliyeva, 177 saylı məktəbin direktoru Gülnarə Tanrıverdiyeva,  Pişəvəri liseyinin direktoru İlqar Talıbov da qonaqlar sırasında olub.
Tədbir Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətovun çıxışı ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.