Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev ağsaqqallara bayram sovqatları göndərib

Öz fəaliyyətində hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli daxili və xarici, o cümlədən uğurlu sosial siyasətini rəhbər tutan Azərbaycan Ağsaqqallar Şurası mütəmadi olaraq nəcib əməllərini, yardım ənənələrini davam etdirir. Belə ki, növbəti dəfə mart ayının 12-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Novruz bayramı münasibətilə Ucar, Yevlax, Göranboy, Tərtər və Bərdə rayonlarında 250-də çox aztəminatlı ağsaqqal ailəsinə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Həmçinin bu 5 rayonda keçirilən xeyriyyə aksiyalarında deputat ofisinin  nümayəndələri Ağalar müəllimin adından ağsaqqalları Novruz  bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar.

Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bidiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.