Xəbərlər, Təbriklər

AKİF RƏFİYEV – 89

Mart ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı Akif Rəfiyevin 89 yaşı tamam olur.

Akif Rəfiyevin şərəfli həyat yolu və zəngin fəaliyyəti Vətənə və xalqa sədaqətlə xidmətin parlaq nümunəsidir. Onun dövlətçiliyimizin möhkəmlənməsi, hüququn aliliyinin təmin olunması və cəmiyyətimizin inkişafı istiqamətində uzun illər ərzində göstərdiyi yüksək fədakarlıq və əzm danılmazdır. Ədliyyə sistemindəki çoxillik xidmətləri, hüquq sahəsindəki uğurları, eləcə də prinsipial və ədalətli mövqeyi ilə Akif müəllim insanların dərin hörmətini və yüksək etimadını qazanmışdır. Müharibə və əmək veteranı olaraq həyatı boyunca nümayiş etdirdiyi vətənpərvərlik, dövlətə və xalqa sədaqəti bugünkü və gələcək nəsillər üçün əsl örnəkdir.

Hər zaman Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə sadiq qalan Akif Rəfiyev təkcə hüquq-mühafizə və ədliyyə sistemindəki çoxillik peşəkar fəaliyyəti ilə deyil, eyni zamanda ağsaqqal ziyalı kimi vətəndaş cəmiyyətinin formalaşmasında və gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişməsində böyük rol oynamışdır. Binəqədi Rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi bu illər ərzində müdrikliyi, təşəbbüskarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Akif müəllim gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ağsaqqallıq irsinin qorunmasına və yaşadılmasına böyük töhfələr verir, ağsaqqal nüfuzunu daim uca tutur. Eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi apardığı prinsipial, ardıcıl və fəal ictimai fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir və dərin minnətdarlıqla qarşılanır.

Tükənməz zəhməti, təmiz vicdanı və mənəvi kamilliyi ilə 89 illik şərəfli ömür yolunun şanlı zirvəsinə yüksələn müdrik ağsaqqal və vətənpərvər ziyalı Akif Rəfiyevi ad günü münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, firavanlıq və ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.