Oktyabr ayının 7-də Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədovun 85 yaşı tamam olur.
Şərəf və ləyaqətlə yaşadığı ömür yolunun müdriklik zirvəsində olan Nurəddin müəllim alicənab insan, tanınmış elm adamı və gözəl ziyalı olaraq həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə böyük fədakarlıqla xidmət göstərib. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, həmçinin elmin, təhsilin, mədəniyyətin cəmiyyətdə təbliğ olunmasında yaxından iştirak edib, öz fəaliyyəti əzmi ilə vətəndaşlarımıza nümunə olub.
Uzun müddət Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, hazırda isə təşkilatın sədri olaraq fəaliyyət göstərən Nurəddin Məmmədov tükənməyən gənclik enerjisi ilə bu gün də müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatında aktiv iştirak edir, gənclərimizə milli-mənəvi dəyərlərimizi və mütərəqqi adət-ənənələrimizi aşılayır, onların Vətənə, xalqa, dövlətə məhəbbət ruhunda yetişməsində əlindən gələni əsirgəmir.
Dəyərli alim, vətənpərvər ictimai xadim və müdrik ağsaqqal Nurəddin Məmmədovu 85 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev