Xəbərlər

Xətai rayonunda ağsaqqallar arasında nərd üzrə yarış keçirilib

Xətai Rayon İcra Hakimiyyəti,  Rayon Ağsaqqallar Şurası və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayon ağsaqqalları arasında nərd üzrə rayon birinciliyi keçirilib. Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda Xətai Rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər. Yarışlarda birinci, ikinci və üçüncü yerləri qazanan ağsaqqallar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov və başqaları Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Əlamətdar günlər ərəfəsində təşkil olunmuş bu yarışın əhəmiyyətindən danışan natiqlər qeyd ediblər ki, burada əsas məqsəd ağsaqqalların asudə vaxtlarının səmərəli təşkili istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də milli nərd oyununun təbliği və inkişaf etdirilməsi olmuşdur. Onlar yarışın qaliblərini bir daha təbrik edərək gələcəkdə bu cür tədbirlərin davam etdiriləcəyini vurğulamışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.