Xəbərlər

Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirdə iştirak ediblər

Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun 279 saylı tam orta məktəbində keçirilən və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: dövlətçilik və müstəqillik yolu” adlı tədbirdə iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə məktəbin direktoru Südabə Abdullayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əvəzsiz rolundan, onun siyasi uzaqgörənliyindən və xalqına olan sonsuz sevgisindən ətraflı bəhs edib.

Tədbirdə iştirak edən Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – Hicran Şərifov və şəhid atası Əli Qasımlı, həmçinin təşkilatın üzvü Salam Hadıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun xalqımız üçün gördüyü böyük işlərdən danışıblar, gənclərə bu irsi yaşatmağın vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan Ağsaqqallar Şurasının əsas fəaliyyət istiqamətlərindən biri Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolunun, ümumiyyətlə dahi şəxsiyyətin ümumbəşəri irsinin öyrənilməsi və cəmiyyətimiz, xüsusilə gənclər arasında təbliğ edilməsi işinin həyata keçirilməsidir. Natiqlər təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş bu cür tədbirlərin keçirilməsini vacib hesab ediblər və yüksək dəyərləndiriblər.

Sonra məktəbin tarix müəllimi İdrak Ağayev “Heydər Əliyev yolu – müstəqillik və zəfər yoludur” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanın müstəqilliyinin qorunması və inkişafında bu böyük şəxsiyyətin rolunu geniş şəkildə izah edib.

 Çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyev irsinin bu gün də Azərbaycan dövlətinin inkişafında əsas ideoloji sütunlardan biri olduğunu və gənc nəslin bu irsi dərindən öyrənərək gələcəyə daşımasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, Ümummilli Liderin müdrik kəlamları böyük qürur hissi ilə təqdim edilib. Səsləndirilən musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Şagirdlərin ifa etdiyi vətənpərvərlik ruhlu mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.