Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

İclasda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunları və Rayon Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski geniş məruzə ilə çıxış edib. O öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının hərtərəfli fəaliyyətindən, Şuranın respublikada gündən-günə artan nüfuzundan və respublikanın ictimai-siyasi həyatında aktiv iştirakından bəhs edib.

Çıxış edən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Milix Yevdayev özünün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü seçilməsindən danışmış və bunun üçün Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskiyə və Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonra çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor Sabir Əliyev bildirmişdir: “Uzun illərdir Rayon Ağsaqqallar Şurasının üzvüyəm. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, professor Vaqif Şadlinski təşkilata sədr seçildiyi son 5 ildə Rayon Ağsaqqallar Şurasının fəaliyyəti olduqca güclənmişdir. Demək olar ki, rayonda keçirilən bütün tədbirlərdə ağsaqqallar iştirak və çıxışlar etmişlər, bu gün də onlar bu aktiv fəaliyyətlərini davam etdirirlər.

Nəsimi Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Xalid Kərimov öz çıxışında qeyd edib ki, məhz Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti üzvlərinin monolit-sıx birliyinin və yüksək fəaliyyətinin nəticəsidir ki, təşkilatın sədri professor Vaqif Şadlinski və üzvü Milix Yevdayev Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinə üzv seçilmişlər. Bir daha Azərbaycan Ağsaqqallar Şurasına Nəsimi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyinə görə dərin təşəkkürümü bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.