Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri konfransda iştirak ediblər

İmişli rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirilib.    Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və ərazi təşkilat sədrləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühavizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.    Tədbirdə digər natiqlərlə yanaşı, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov da çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətlni vurğulayıb, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Sədr çıxışında milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edib. İdeoloji və maarifləndirmə işinin nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.