Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev dəyərli həmvətənlərimizi milli həmrəyliymizin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsi olan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə ürəkdən təbrik edir! Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə suverenliyini və ərazi bütövlüyüynü bərpa etmiş qalib Azərbaycan xalqına əbədi sülh, həmrəylik və tükənməz nailiyyətlər diləyir!

Allah Vətənimizi, xalqımızı və Prezidentimizi qorusun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.