Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurası “Təfəkkür” liseyində görüş keçirib

Sumqayıt Şəhər Ağsaqqallar Şurası Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq şəhərin tam orta ümumtəhsil məktəblərinin, lisey və gimnaziyalarının X-XI sinif şagirdləri ilə görüşlərə başlamışdır.

İlk görüş 13 noyabr 2026-cı il tarixində “Təfəkkür” liseyində keçirilib. Görüşdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, sədr müavinləri Ofelya Babayeva, Nasir Rzayev, Faiq İsmayılov, İdarə Heyətinin üzvü, yazıçı-publisist Hümbət Quliyev, liseyin direktoru Adilə Süleymanova gənc nəslin xalqımızın milli-mənəvi dəyərlərinin, mili ənənələrinin qorunmasında fəal iştirak etməsinin, Vətənimizə, dövlətimizə sədaqətlə xidmət göstərməsinin, gənclər arasında vətənpərvərlik ruhunun daha da artırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin, zərərli vərdişlərin gənclərimizin sağlamlığına, həyatına necə ağır zərbələr vurduğu bildirilib və bu vərdişlərdən uzaq durmaq üçün maarifləndirici, profilaktik tədbirlərin davamlı şəkildə həyata keçirilməsinə ehtiyacın olduğu vurğulanıb.

Sonda məktəbin şagirdləri çıxış edərək öz arzu və təkliflərini bildiriblər, eləcə də onları maraqlandıran suallar ağsaqqallar tərəfindən cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.