Xəbərlər

Füzuli rayonunda ağsaqqalların iştirakı ilə dəyirmi masa keçirilib

Füzuli rayonunda ağsaqqalların iştirakı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, YAP rayon təşkilatinin sədri Almaz Həşimova, İcra Hakimiyyətinin başçısısnın müavinləri, rayonun idarə, müəssisə və digər təşkilatların rəhbərləri, həmçinin ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Zülfüqar Əliyev 20 Yanvar hadisələrinin əsl səbəbkarlarının ulu öndər Heydər Əliyev tərəfindən hələ sovet dövründə ittiham edilməsindən və Ümummilli Liderin Milli Məcilisin sədri olduğu dövrdə bu faciəyə hüquqi qiymətin verilməsindən danışıb. Həmçinin o qeyd edib ki, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu Öndər bu hadisəni həm də tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəldib. Biz ağsaqqallar da gənclərimizin bu qəhrəmanlıq ruhunda tərbiyə olunmasında yaxından iştirak etməliyik.
Dəyirmi masada çıxış edən digər natiqlər də Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən bütün şəhidlərimizin əziz xatirəsinin həmişə Azərbaycan xalqının qəlbində yaşayacağını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.