Gəncə Şəhər Ağsaqqallar Şurası,Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir” mövzusunda konfrans keçirilib.
ATU-nun ev sahibliyi etdiyi konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, ATU-nun rektor əvəzi, dosent Yaşar Ömərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov,Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, YAP Gəncə Şəhər təşkilatının nümayəndələri, şəhid valideynləri,qazilər, alimlər, ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri, ictimai təşkilat rəhbərləri və tələbələr iştirak ediblər.
ƏvvəlcəAzərbaycan Texnologiya Universitetinin binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra universitetin tələbələrinin vətənpərvərlik mövzusundakırəsmlərindən ibarətsərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də Xocalı şəhidlərinin və qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirən soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda ATU-nun rektor əvəzi Yaşar Ömərov tədbir iştirakçılarını salamlayaraq milli-mənəvi dəyərlərimizdən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindən və bu sahədə təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Texnologiya Universitetinin üzərinə düşən məsuliyyətli vəzifələrdən söz açıb. Tələbələrə yüksək elm və təhsil verməklə yanaşı, onların vətəndaş kimi formalaşmalarının hər zaman diqqət mərkəzində olmasının əhəmiyyətini qeyd edib. Təhsil proqramlarında, dərsliklərdə maarifləndirici mövzuların daha da artırılmasının, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının, Şuşa fatehlərinin, Polad Həşimov və digərləri kimi igid Azərbaycan oğullarının örnək həyat yollarının geniş təbliğ olunmasının vacibliyindən bəhs edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov öz çıxışında bu gün Azərbaycanda, o cümlədən Gəncə şəhərində gənclərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı aparılan işlərdən danışıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə, gələcəyimiz olan gənclərə xüsusi diqqət ayırdığını vurğulayıb.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov gənclərlə bağlı keçirdikləri bir sıra tədbirlərdən, o cümlədən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilən 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbirdən bəhs edərək dövlətimiz tərəfindən gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki,Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bugunkü konfransın da əsas məqsədi gənclərdə vətənpəvərlik hissinin gücləndirilməsi,onların təhsilə, elmə daha çox önəm vermələri, savadlı və bilikli kadrlar olaraq vətənimiz Azərbaycanın hərtərəfli inkişafına xidmət etmələridir.
Sonra Gəncə Dövlət Universitetininprofessoru Həsənbala Sadıqov “Milli dəyər olan vətənpərvərlik tərbiyəsinin əsas istiqamətlərinə dair” , Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov “Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsi haqqında” adlı məruzələri dinlənilib, o cümlədən YAP Gəncə Şəhər təşkilatının nümayəndəsi, şəhid valideynləri, I və II Qarabağ müharibəsi qaziləri, tələbələr çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq tədbirin bütün cəmiyyətimiz üçün aktual olan bir mövzuya həsr olunduğunu qeyd edib. Bildirib ki, gənclərimizə öncə ailədən başlayan, sonra orta və ali məktəblərdə formalaşan vətənpərvərlikruhunun aşılanmasının daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır.Gələcəyimizin gənclərimizin əlində olduğunu bildirən Bayram Yusifov vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinin prioritet istiqamətlərindən biri gənc nəslə vətənə, xalqa, dövlətə dərin məhəbbət, ölkəmizin tərəqqisi üçün çalışmaq, respublikamızın bütün maddi və mənəvi dəyərlərini daim qorumaq və artırmaq kimi hissləri təlqin etməkdən ibarətdir. İslam aləminin və elminin görkəmli nümayəndəsi Əli ibn Əbu Talibinməşhur “Övladlar valideynlərindən daha çox zəmanəyə oxşayırlar” ifadəsini tədbir iştirakçılarına xatırladaraq,hazırda süni intellekt dövründə yaşadığımızı,müasir gənclərimizin daha aktiv olduğunu və onlara yanaşma tərzimizi də buna uyğun quraraq qarşıya qoyulan məqsədlərə çatmağın zəruriliyndən bəhs edib. O, həmçinin 2023-cü il – Heydər Əliyev ili çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının bir sıra əhəmiyyətli tədbirlər keçirəcəyini qeyd edərək vurğulayıb ki, Ulu Öndərin zəngin irsi, ali vətənpərvərlik fəaliyyəti gənclərimiz üçün əsas istinad nöqtəsidir. Bayram Yusifov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yüksək ideallara xidmət edən vətənpərvər gənc nəslin yetişdiyini bildirərək, buna 44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərən igid gənclərimizin simasında şahidlik etdiyimizi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Nurəddin Məmmədov Gəncə ağsaqqalları və ictimaiyyəti adından Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik edərək, ona səmimi ürək sözlərini çatdırıb və xatirə hədiyyəsi təqdim edib.
Həmçinin konfrans çərçivəsində səmərəli ictimai fəaliyyətlərinə görə bəzi tədbir iştirakçılarına Fəxri fərmanlar, təşəkkürnamələr və tərifnamələr verilib.