Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından qurumun qadın üzvlərini, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Ramin Həsənli qeyd edib ki, Eldar Quliyev və İdarə Heyətinin üzvləri Fatma xanımın simasında bütün Azərbaycan qadınlarını – xüsusilə də qəhrəman övladlar böyütmüş şəhid və qazi analarını, bacılarını, nəcib əməlləri, xeyirxahlığ, zəngin intellekti, güclü təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə xalqımıza böyük xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və gələcək işlərində uğurlar arzulayırlar!
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurası qadınları təbrik edib
- 07-03-2023
- [17:44]
- [ ]
07
Mar