Xəbərlər

Türkiyə Respublikasınınn Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli Prezident!

Sizi qardaş Türkiyə xalqının böyük dəstəyi sayəsində inamlı qələbə qazanaraq yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz və sədri olduğunuz Ədalət və İnkişaf Partiyasının seçicilərin yüksək etimadı ilə parlamentdə üstünlük qazanması münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, Sizə ölkənizin iqtisadi yüksəlişi, doğma Türkiyə xalqının sosial rifahının daha da yaxşılaşdırılması və işıqlı gələcəyi naminə dəyərli prezidentlik fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!
Türkiyə tarixində növbəti dəfə keçirilən ümumxalq səsverməsində Sizə, lideri olduğunuz partiyaya və “Cümhur İttifaqı”na göstərilən bu yüksək etimad gördüyünüz işlərə verilən qiymət, Türkiyə xalqının Sizə olan böyük sevgisinin bariz nümunəsidir. Bu qətiyyətli qələbə bir daha sübut edir ki, bundan sonra da Türkiyə Respublikası Sizin başçılığınız altında inamlı inkişaf yolu ilə gedəcək və Türk dünyası qarşısındakı əvəzsiz xidmətləriniz uğurla davam edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi sözləri ilə desək, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə Sizin aranızdakı dostluq və qardaşlıq münasibətləri gələcəkdə də dinamik şəkildə inkişaf edəcəkdir.
Cənab Prezident!
Sizi bir daha bu şərəfli və layiqli qələbəniz – Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, qardaş Türkiyənin tərəqqisi, daha qüdrətli dövlətə çevrilməsi və ali məqsədlərinizə çatmaq yolunda gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli
üzvləri adından Şuranın sədri, millət vəkili, professor              Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.